Gəncədə 40 yaşlı piyadanı maşın xəstəxanalıq etdi

05.10.2025

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Gəncədə piyadanın xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində yolu keçmək istəyən 1985-ci il təvəllüdlü Nizami Novruzovu hərəkətdə olan minik avtomobili vurub.
Piyada dərhal  xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir. 
Faktla bağlı araşdırma aparılır.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью