Gəncədə 41 yaşlı ana və bətnindəki körpə xəstəxanada öldü

06.03.2025

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gəncədə doğuş zamanı qadın ölüb.

"Unikal"ın  məlumatına görə, hadisə Gəncə şəhər Birləşmiş Xəstəxanasının tabeliyində Abbas Səhhət adına xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Belə ki, şəhər sakini 1984-cü il təvəllüdlü Zülfiyyə Yusibova  31 həftəliklə xəstəxanaya müraciət edib. Nəticədə doğuş zamanı ana və bətnindəki uşaq ölüb.

Məlumata görə, bu, Z.Yusibovanın birinci hamiləliyi olub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью