Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini 1982-ci il təvəllüdlü Rüstəm Həsənov bıçaqlanıb.
O, xəstəxanalardan birinə gətirilib.
Adıçəkilən şəxsə tibbi yardım göstərilib, vəziyyəti kafidir.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev