Gəncədə 48 yaşlı qadını maşın vurdu

18.07.2025

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən Şəmkir rayon Kür qəsəbə sakini 1977-ci il təvəllüdlü Cəmilə Məmişovanı vurub. Müxtəlif bədən xəsarətləri alan yaralı piyada xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью