Gəncədə 49 yaşlı kişi bıçaqlanıb

31.12.2024

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü R.Əliyev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat edilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, 49 yaşlı kişi tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью