Gəncədə 49 yaşlı qadın öldürülüb, oğlu şübhəli bilinir

21.08.2026

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gəncə şəhərində 49 yaşlı qadın qətlə yetirilib.
Hadisə Kəlbəcər rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Yeni Qəsəbə adlanan ərazidə baş verib.
49 yaşlı Qərənfil Muxtarova evində boğularaq öldürülüb. İlkin ehtimala əsasən, qadının qətlində oğlu, 2002-ci il təvəllüdlü Elgün Mirzəyev şübhəli bilinir.
Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkfaşları cəlb edilib.
Faktla bağlı Kəlbəcər rayon Prokurorluğunda araşdırma aparılır.(Report)
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью