Gəncədə 54 yaşlı özünü BIÇAQLADI

28.12.2024

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Gəncədə 54 yaşlı kişi bıçaq xəsarəti alıb.

"Unikal"ın məlumatına görə hadisə şəhərin Bağman yaşayış massivində baş verib. Şəhər sakini 1970-ci il təvəllüdlü Azər Paşayev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə dərhal yardım edilib, sonra əməliyyat edilib. İlkin məlumata görə,  54 yaşlı kişi sərxoş vəziyyətdə özünə  bıçaqla xəsarət yetirib. A.Paşayevin özünə hansı səbəbdən xəsarət yetirməsi məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью