Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gəncə şəhərində sürücü sükan arxasında ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə martın 16-da səhər saatlarında baş verib.
1971-ci il təvəllüdlü Nuruzadə Mustafayev idarə etdiyi VAZ-2106 avtomobili ilə hərəkətdə olarkən qəfil özünü pis hiss edib. O, avtomobildə dünyasını dəyişib.
İlkin ehtimalla N.Mustafayev infarktdan ölüb.
Faktla bağlı araşdırma aparılır.