Gəncədə 61 min manatlıq oğurlamaqda şübhəli bilinən şəxs saxlanıldı

06.11.2024

Icma.az bildirir, Bakupost portalına istinadən.

Gəncə şəhərində mənzildən 20 min manatlıq qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bakupost.az xəbər verir ki. Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə mənzillərdən birindən 20 min manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlayan əvvəllər məhkum olunmuş Gülşad Ağasıyev saxlanılıb.

Araşdırmalar zamanı G.Ağasıyevin daha iki mənzildən 41500 manatlıq qızıl-zinət və məişət əşyaları oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью