Статья не опубликована
Gəncədə 61 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb | Icma.az

Gəncədə 61 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

15.11.2024

Icma.az xəbər verir, Aznews.az saytına əsaslanaraq.

Gəncə şəhərində üç mənzildən ümumilikdə təqribən 61 min manatlıq qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə mənzillərdən birindən 20 min manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlayan əvvəllər məhkum olunmuş Gülşad Ağasıyev saxlanılıb.

Araşdırmalar zamanı G.Ağasıyevin daha iki mənzildən 41 min 500 manatlıq qızıl-zinət və məişət əşyaları oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью