Gəncədə 61 minlik oğurluqda şübhəli bilinən şəxs saxlanıldı

06.11.2024

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Gəncə şəhərində üç mənzildən ümumilikdə təqribən 61 min manatlıq qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə mənzillərdən birindən 20 min manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlayan əvvəllər məhkum olunmuş Gülşad Ağasıyev saxlanılıb.

Araşdırmalar zamanı G.Ağasıyevin daha iki mənzildən 41 500 manatlıq qızıl-zinət və məişət əşyaları oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью