Gəncədə 62 yaşlı piyadanı maşın vurdu FOTO/VİDEO

06.02.2025

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Gəncədə piyadanı maşın vurub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Ş.İ. Xətai prospektində baş verib.
 

Hərəkətdə olan VAZ-2107 markalı avtmobil yolu qarşı tərəfə keçmək istəyən piyada Samux rayon Çobanabdallı kənd sakini 62 yaşlı Məmmədov Əbülfət Məcid oğlunu vurub.


Yaralı yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.





Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью