Gəncədə 72 yaşlı kişi təmir etdiyi avtomobilin altında qalaraq ölüb

13.12.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gəncədə 72 yaşlı kişinin üzərinə təmir etdiyi avtomobili düşməsi nəticəsində ölüb.

APA-nın məlumatına görə, hadisə şəhərin S.Qazıyev küçəsində baş verib.

1953-cü il təvəllüdlü Həbib Həsən oğlu Hüseynov evinin qarşısında - küçədə “VAZ-21011” markalı avtomobilini təmir edən zaman qaldırıcının qırılıb, nəticəsində avtomobil üzərinə düşüb. O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aprılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью