Gəncədə ağır qəza: 22 yaşlı gənc öldü

13.11.2024

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Gəncə şəhərində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sherg.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Hadisənin baş verməsinə səbəb "NAZ Lifan" markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması olub.

Qəza zamanı Gəncə şəhər sakini 2002-ci il təvəllüdlü Elnur Ağayev hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью