Gəncədə AĞIR QƏZA: 6 nəfər... FOTO YENİLƏNİB

11.11.2026

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gəncədə baş vermiş avtoqəzada xəsarət alanların son vəziyyəti açıqlanıb

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Gəncədə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfər (2 kişi, 3 qadın) 11.11.2026-cı il tarixində saat 00:10-da Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***10:11

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Toyota” markalı avtomobillə digər avtomobil toqquşub.

Qəza zamanı 1981-ci il təvəllüdlü E. Əsədullayev, 1989-cu il təvəllüdlü A. Hüseynova, 2018-ci il təvəllüdlü A. Əsədullayeva, 2020-ci il təvəllüdlü C. Əsədullayeva, 2024-cü il təvəllüdlü A. Əsədullayeva və 1996-cı il təvəllüdlü E. Hümbətov xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью