Gəncədə ağır qəza: Ata öldü, övladı... FOTO

04.04.2025

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.

İlkin məlumata görə, “VAZ 2106” markalı maşınla “BMW” markalı avtomobil toqquşub.

Qəza nəticəsində 1973-cü il təvəllüdlü Talıb Cabbarov ölüb.

Avtomobildə olan qızı Gülnarə Cabbarova (2006) xəstəxanaya çatdırılıb.

Onun müalicəsi davam edir.

Faktla bağlı araşdırma başlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью