Gəncədə ağır qəza İkisi azyaşlı olmaqla üç nəfər xəsarət aldı

18.10.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Aygül Həsənova, 2023-cü il təvəllüdlü N. Məmmədli və 2021-ci il təvəllüdlü U. Məmmədli xəsarət alıblar.

Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью