Gəncədə AĞIR QƏZA Maşın ağaca çırpıldı FOTO

14.12.2024

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Gəncə şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib.
Bizim. Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Heydər Əliyev prospektində “Toyota Prius” və “Chevrolet Lacetti” markalı avtomobillər toqquşub.
 

Qəza zamanı “Chevrolet” yoldan çıxaraq ağaca dəyib.


Hadisə nəticəsində xəsarət alanlar olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.






Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью