Gəncədə ağır qəza: Qadın öldü, həyat yoldaşı yaralandı FOTO

09.11.2024

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Yeni Gəncə yaşayış massivində hərəkətdə olan “Mercedes” və “OPEL” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
 

Xəsarət alan 2001-ci il təvəllüdlü S.İsgəndərov, 1967-ci il təvəllüdlü Kəbirə Əliyeva və onun həyat yoldaşı, 1962-ci il təvəllüdlü Fəxrəddin Əliyev xəstəxanaya yerləşdirilib.


Həkimlərin səyinə baxmayaraq K.Əliyevanın həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib. F.Əliyevin isə vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.




Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью