Gəncədə ağır qəza, yaralılar var Fotolar

09.11.2024

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Gəncə-Səmkir yolunda qeydə alınıb.

“Mercedes” markalı avtomobillə “Opel” markalı maşın toqquşub.

İlkin məlumata görə, qəzada 1962-ci il təvəllüdlü Faxrəddin Əliyev və 1967-ci il təvəllüdlü K.Əliyeva xəsarət alıb.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью