Gəncədə ağır qəza:Motosiklet sürücüsü xəstəxanalıq oldu

20.05.2025

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

Gəncədə xəsarətlə nəticələn yol nəqliyyat hadisəsi baş verib.

Sfera.az Bizim.Media-a istinadən xəbər verir ki, şəhərin mərkəzi küçələrindən birində hərəkətdə olan motosikletlə avtomobil toqquşub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan motosikletin sürücüsü, 1997-ci il təvəllüdlü Muxtar Əliyev xəstəxanaya yerləşdirilib.

O, dərhal əməliyyata götürülüb, vəziyyətinin ağır olduğu bildiririlir.
 

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью