Gəncədə ağır yol qəzası: Xeyli saydayaralı var

09.03.2026

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Gəncə şəhəri ərazisində baş verən ağır yol qəzasında 11 nəfər xəsarət alıb.

Globalinfo.az report-a istinadən xəbər verir ki, Şah İsmayıl Xətai prospektində” VAZ-21010″ və “Great Wall” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində 2007-ci il təvəllüdlü İsgəndər Yusifov, 2009-cu il təvəllüdlü Əli Bağırov, 1975-ci il təvəllüdlü Anar Musazadə, 2009-cu il təvəllüdlü Ə. Bağırov, 2007-ci il təvəllüdlü İ. Yusibov, 1975-ci il təvəllüdlü A. Musazadə, 2009-cu il təvəllüdlü N. Musazadə, 2006-cı il təvəllüdlü A .Rəhimov, 2011-ci il təvəllüdlü A. Musazadə və 1977-ci il təvəllüdlü V. Həsənova və 2009-cu il təvəllüdlü Nərmin Musazadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью