Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Noyabrın 22-də Misli Premyer Liqasının XII turu çərçivəsində keçiriləcək "Kəpəz" - "Qarabağ" oyununa bütün biletlər satılıb.
Apasport.az xəbər verir ki, bu barədə "Kəpəz"in rəsmi saytı məlumat verib.
Bildirilib ki, 15363 yerlik Gəncə şəhər stadionunda təşkil olunacaq matçda mövsümün yeni rekordunun qeydə alınacağını gözlənilir. Məlumata görə, hazırda nə onlayn platformada, nə də fiziki kassada bilet qalıb.
Bununla əlaqədar olaraq, Gəncə şəhər stadionunun kassaları qarşıdakı günlərdə bağlı olacaq.
Xatırladaq ki, "Kəpəz" - "Qarabağ" görüşü noyabrın 22-də keçiriləcək və saat 17:00-da başlayacaq.
Valdas Dambrauskas: “Belə oyunlardan həzz almaq lazımdır” “Sabah”dan darmadağın - YENİLƏNİB Xankəndidə yanan işıqlar – Sükutun bitdiyi yerdə Millimiz İraqla qarşılaşıb Ervins Perkons: “Hamı buna inanırdı”