Gəncədə anşlaq olacaq İlk gündə bu sayda bilet satıldı

02.09.2026

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqasının 4-cü turunda "Kəpəz" doğma meydanda "Şamaxı"nı qonaq edəcək.

Fanat.Az xəbər verir ki, Gəncədə keçiriləcək matça böyük maraq var.

Belə ki, klubun mətbuat xidmətinin verdiyi məlumata görə, ilk gündə artıq 4000-dən çox bilet satılıb.

Xatırladaq ki, "Kəpəz" - "Şamaxı" qarşılaşması sentyabrın 4-də keçiriləcək. Gəncə şəhər stadionunda baş tutacaq görüşün start fiti 20:15-də səsləndiriləcək. Əvvəlki üç turda 2 oyuna çıxan qərb təmsilçisinin 3 xalı varsa, "Şamaxı" 3 matçda 2 xal əldə edib.

Əlisahib İbrahimli

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью