Gəncədə anşlaq olacaq Qarabağ a da böyük dəstək gözlənilir

19.11.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gəncədə anşlaq olacaq - "Qarabağ"a da böyük dəstək gözlənilir

Misli Premyer Liqasının 12-ci turunun "Kəpəz" - "Qarabağ" oyununa böyük maraq var.

QOL.az-ın əldə etdiyi xəbərə görə, yerli publika ilə yanaşı qonaq komanda Ağdam təmsilçisinin çoxsaylı azarkeşi də həmin gün komandalarının yanında olacaq.

Stadionun 15 min 343 yerlik tribunalarının həmin gün tam dolacağı gözlənilir. 

Saytımıza bəlli olub ki, matç üçün "Qarabağ"a 900-1000 nəfərlik yer ayrılıb. Qonaq komandaya məhz elə bu qədər sayda azarkeşin arenada dəstək verəcəyi ehtimal olunur.

Xatırladaq ki, "Kəpəz" - "Qarabağ" matçı 22 noyabr saat 17:00-da başlayacaq.

Əlavə edək ki, Gəncə şəhər stadionunun yenidən qurulmasından sonra bu, "Kəpəz"in "Qarabağ"la ilk ev matçı olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью