Gəncədə arvadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

06.11.2024

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini 1992-ci il təvəllüdlü A.Rəhimovanın kəsici-deşici alətlə bədən xəsarətləri yetirilməsi barədə məlumat daxil olub.

Gununsesi.info xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkmişin həyat yoldaşı, 1990-cı il təvəllüdlü Tural Rəhimov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью