Gəncədə arvadını bıçaqlayan şəxs saxlanıldı

06.11.2024

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gəncədə arvadını bıçaqlamaqda şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.

Lent.az xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini 1992-ci il təvəllüdlü A. Rəhimovaya kəsici-deşici alətlə bədən xəsarətləri yetirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkmişin həyat yoldaşı, 1990-cı il təvəllüdlü Tural Rəhimov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью