Gəncədə atasını yuxudan oyadan oğul həbs olundu

10.10.2026

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gəncədə evdə səs-küy salan oğul həbs olunub.

Lent.az-ın xəbərinə görə, hadisə şəhərin Nəvai küçəsində baş verib.

36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşları Fərahimin ucadan nalayiq ifadələr işlətdiyini görüblər. Ona irad bildirilərək, hərəkətlərini dayandırması bildirilsə də, Fərahim qanuni tələbə məhəl qoymayaraq, əməllərinə davam edib. 

Nəticədə o saxlanılaraq, şöbəyə gətirilib. Barəsində müvafiq maddələrlə protokollar tərtib olunub.

F. Şükürovun sözlərinə görə, atası yatan vaxtı evə gəlib və özünə əsəbiləşdiyi üçün səs-küy salıb. Səs-küyə görə yuxudan oyanan atası onun barəsində şikayət edib. Fərahim etdiyi əməldən peşman olduğunu deyərək, barəsində yüngül cəza verilməsini istəyib.

Məhkəmənin qərarı ilə Fərahim Şükürov 25 gün müddətinə inzibati qaydada həbs olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью