Gəncədə avtobus öncə “KIA” ilə toqquşdu, sonra ağaca çırpıldı VİDEO

17.11.2026

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza noyabrın 17-də səhər saatlarında qeydə alınıb.

Belə ki, “BakuBus” MMC-yə məxsus, 19 nömrəli marşrut xətti üzrə hərəkət edən 77-JY-395 dövlət nömrə nişanlı “Yutong” markalı sərnişin avtobusu “KIA” markalı avtomobillə toqquşduqdan sonra yol kənarındakı ağaca çırpılıb.

İddialara əsasən, qəzaya avtobus sürücüsünün fikrinin yayınması səbəb olub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Nərmin

bax.tvhttps://bax.tv/embed/228938.html

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью