Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Bu gün saat 11:30 radələrində “BakuBus” MMC-nin istismarında olan 5 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
“BakuBus” MMC-dən “Qafqazinfo”ya verilən məlumata görə, hadisəyə hərəkətdə olan digər nəqliyyat vasitəsinin qəfil avtobusun qarşısına çıxması səbəb olub.
Avtobusun sürücüsü qəzadan yayınmaq məqsədilə nəqliyyat vasitəsini sağ istiqamətə yönəldib və nəticədə avtobus yol kənarındakı ağaca çırpılıb.
Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb.
Hadisədən sonra avtobus operativ şəkildə ehtiyat avtobusla əvəz edilib, sərnişinlərin səfərlərini davam etdirməsi təmin olunub və marşrut xətti üzrə hərəkət qrafiki qısa müddətdə bərpa edilib.
Baş vermiş hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib, araşdırma aparılır.