Gəncədə avtobus qəzaya düşdü Yaralılar var

12.11.2024

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gəncə şəhərində sərnişin avtobusu qəzaya düşüb.

"Unikal"ın  məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində  baş verib. Belə ki, şəhər daxilində sərnişin daşıyan "İsuzu" markalı 4 saylı xətt üzrə işləyən avtobusla "Mersedec " markalı minik avtomobili ilə toqquşub. Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью