Gəncədə avtobus və maşın toqquşub, ölən var

27.11.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik maşını "BAKU BAS"a məxsus sərnişin avtobusuna çırpılıb.

Nəticədə, minik maşınında olan bir nəfər hadisə yerində ölüb, 2 nəfər isə xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью