Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gəncə şəhərində ictimai nəqliyyatda qeyri-adi vəziyyət yaşanıb.
BAKU.WS xəbər verir ki, 20A nömrəli marşrut avtobusunda qızdırıcı soba yerləşdirilib. Sosial şəbəkələrdə yayılan görüntülər istifadəçilər arasında təəccüb və narahatlıqla qarşılanıb.
Sözügedən soba avtobusun salonunda, sərnişin oturacaqlarının yaxınlığında yerləşdirilib. Bu vəziyyət istər yanğın təhlükəsizliyi, istərsə də ümumi sərnişin rahatlığı baxımından ciddi suallar doğurur.