Gəncədə avtomobil 40 yaşlı piyadanı vuraraq öldürüb

07.01.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Gəncədə piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.

Hərəkətdə olan "Lada Niva" markalı minik maşını 1984-cü il təvəllüdlü E.Qurbanovu vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью