Gəncədə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

19.11.2026

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gəncədə yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı 1991-ci il təvəllüdlü İ. Əliyev və daha bir nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью