Gəncədə avtomobil aşdı

28.11.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gəncədə yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prospektində baş verib. Hərəkətdə olan minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью