Gəncədə avtomobil aşıb, bir ailənin dörd üzvü xəsarət alıb

27.01.2025

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

Gəncədə ağır yol qəzasında bir ailənin dörd üzvü xəsarət alıb.

“Report”un Qərb bürosunun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü E.İsmayılovun idarə etdiyi “VAZ-21011” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Nəticədə sürücü və onun həyat yoldaşı, 1996-ci il təvəllüdlü N.Tanrıverdiyeva, övladları, 2008-ci il təvəllüdlü S.İsmayılov, həmçinin 2023-cü il təvəllüdlü D.İ xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar. Onlardan E.İsmayılovun vəziyyəti ağır, digərlərinin orta-ağır və kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью