Gəncədə avtomobil azyaşlının üzərindən keçdi

03.04.2025

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Gəncədə qadın sürücünün idarə etdiyi avtomobil azyaşlının üzərindən keçib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Tağı Arani küçəsində qeydə alınıb.

Belə ki, şəhərin sosial binalarında yaşayan 2013-cü il təvəllüdlü K. Əsgərova binanın qarşısında velosiped sürərkən sürücü maşını arxaya vermək istədikdə onu vurub.

Sürücü avtomobili irəli sürərkən yenidən azyaşlının ayaqları üzərindən keçib. O, xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью