Icma.az bildirir, Avtosfer portalına istinadən.
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə şəhərin N.Nərimanov prospektində qeydə alınıb. “Nissan” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq evin hasarına çırpılıb.
Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi maddi ziyan dəyib.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır. (btv)