Gəncədə avtomobil iki piyadanı vurdu

08.11.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Opel" ilə "Toyota Prius" toqquşub. Qəzadan sonra idarəetmədən çıxan “Opel” səkidə gedən iki piyadanı vurub. Xəsarət alan hər iki piyada xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin ağır olduğu bildirilir.

Məlumata görə, piyadaları vuran avtomobilin sürücüsü qəzadan sonra hadisə yerindən yayınıb. Hazırda əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью