Gəncədə avtomobil işıq dirəyinə, daha sonra divara çırpılıb FOTO

16.07.2025

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin dəmir yolu vağzalının yaxınlığında qeydə alınıb. "Land Rover" markalı minik maşını idarəetmədən çıxaraq işıq dirəyinə, daha sonra yol kənarındakı hasara çırpılıb.

Qəza zamanı xəsarət alan olmayıb. Avtomobilə, hasara və işıq təsərrüfatına ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью