Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

15.01.2025

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmail Xətai Prospektində qeydə alınıb.

Avtomobil yolu keçən 1980-ci il təvəllüdlü Ruslan Məmmədovu vurub.

Ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılıb. Tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью