Gəncədə avtomobil vuran 73 yaşlı qadın xəstəxanada ölüb YENİLƏNİB

24.12.2024

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, xəsarət alaraq xəstəxanaya yerləşdirilən 1951-ci il təvəllüdlü P.Quliyevanı xilas etmək mümkün olmayıb.

***

08.55

Gəncədə piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

1951-ci il təvəllüdlü P.Quliyeva yolu keçmək istəyən zaman onu minik maşını vurub.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью