Gəncədə avtomobil vuran piyada həyatını itirdi YENİLƏNİB

24.12.2024

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Məlumata görə, Samux rayon sakini, 1951-ci il təvəllüdlü Pərnuş Quliyevanı avtomobil vurub.

O, ağır xəsarətlərlə xəstəxanaya aparılsa da, göstərilən tibbi yardımlara baxmayaraq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

***

Gəncədə piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

1951-ci il təvəllüdlü P.Quliyeva yolu keçmək istəyən zaman onu minik maşını vurub.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью