Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Gəncədə avtomobil yanıb. Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin Depo qəsəbəsində qeydə alınıb. İlkin məlumata görə, "ZAZ 1102" Tavriya markalı avtomobil tamamilə yanaraq sıradan çıxıb. Hadisə yerinə iki yanğın söndürən avtomobil və 15-ə yaxın canlı qüvvə cəlb edilib. Edilən müdaxilə nəticəsində yanğın söndürülüb.
Hadisənin səbəbləri araşdırılır.