Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gəncədə avtomobil qəfil alışıb.
Bizim.Media xəbər verir ki, hadisə şəhərin 28 May küçəsində baş verib.
İlkin məlumata əsasən, Xəyalə Camalovaya məxsus “VAZ-2107” markalı avtomobil yanmağa başlayıb.
Hadisə yerinə 2 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb olunsa da, şahidlərin sözlərinə görə, yanğın onların hadisə yerinə çatmasınadək söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu