Gəncədə avtomobilin vurduğu piyada vəfat etdi

07.09.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gəncədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin mərkəzi küçələrindən birində qeydə alınıb. 
 

Belə ki, hərəkətdə olan “Hyundai" markalı minik avtomobili yolu keçmək istəyən  yaşlı qadını vurub. O, ağır vəziyyətdə Gəncədə yerləşən Abbas Səhhət adına xəstəxanaya çatdırılıb. 


Həkimlərin səyinə baxmayaraq 1954-cu il təvəllüdlü Elmira Səfərovanın həyatını xilas etmək mümkün olmayıb. 
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью