Gəncədə avtomobillə moped toqquşdu: 16 yaşlı yeniyetmə xəsarət aldı

02.07.2026

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Mirzə Abbaszadə küçəsində qeydə alınıb.
Hərəkətdə olan avtomobillə mopedin toqquşması nəticəsində mopedin sürücüsü, 2010-cu il təvəllüdlü R.Paşayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona zəruri ilkin tibbi yardım göstərilib, vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью