Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Chevrolet" ilə digər minik avtomobili toqquşub. İnternet mağaza
Qəza zamanı 3 nəfər xəsarət alıb, yaralılar xəstəxanaya yerləşdirilib.
Onların vəziyyətlərinin kafi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.