Gəncədə avtomobillər TOQQUŞDU

22.03.2025

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı avtomobillə işıqforda dönmək istəyən MAZDA markalı maşın toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью